16 yaşlı yeniyetmənin "qəhrəmanlığı"

Bakıda 14 yaşlı oğlana qarşı soyğunçuluq etmiş 16 yaşlı yeniyetmə tutulub. Bakı şəhər Baş Polis İdarəsindən (BŞBPİ) SİA-ya verilən məlumata görə, Səbail Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi və 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, avqustun 30-da saat 17:30 radələrində N.Rəfibəyli küçəsində Bakı şəhər sakini 2001-ci il təvəllüdlü Tamerlan Calalzadəyə zor tətbiq edərək 100 ABŞ dollarını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Bakı şəhər sakini, 1999-cu il təvəllüdlü Fuad Hüseynov tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...