Çoxlu sayda arı ailəsi məhv olub

Qax rayonunun Tasmalı kəndi ərazisində 18 yeşik arı ailəsi yanaraq məhv olub, təsərrüfat sahibinə ziyan dəyib. SİA-nın məlumatına görə, qəfildən baş verən yanğın yerinə yanğınsöndürən texnikalar cəlb olunub.

Tasmalı kənd sakini 1952-ci il təvəllüdlü Təmrazov Fərrux Şirin oğluna məxsus traktorun qoşqusuna yığılmış 18 yeşik arı ailələri və qoşqunun özü yanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə