TQDK abituriyentlər və təhsil müəssisələrinə müraciət edib

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) təkrar və eksternat qaydasında buraxılış imtahanlarında iştirak etmək istəyən şəxslər və təhsil müəssisələrinə müraciət edib. TQDK-dan SİA-ya verilən xəbərə görə, tam orta təhsil səviyyəsini əvvəlki dərs illərində başa vuran, lakin buraxılış imtahanına buraxılmayan, imtahanda iştirak etməyən və ya buraxılış imtahanında qeyri-kafi qiymət(lər) alan, o cümlədən eksternat qaydasında bu il biliyin yekun qiymətləndirilməsində (attestasiyasında) iştirak etmək üçün təhsil aldıqları təhsil müəssisələrinə müraciət etmiş şəxslərin müvafiq fənn üzrə bilik və bacarıqlara malik olması həmin təhsil müəssisəsində yaradılan xüsusi komissiya tərəfindən yoxlanılır və qiymətləndirilir:


Azərbaycan dili fənni üzrə


• verilmiş mövzuya uyğun müxtəlif xarakterli və formalı mətnlər yazmaq;

• dinlədiyi fikilərlə bağlı mühakimlərini əsaslandırmaq;

• nitqin müxtəlif üslub və tiplərində mətnlər qurmaq.


Ədəbiyyat fənni üzrə


oxuduğu ədəbi nümunələri bədii emosional və obrazlı qavradığını nümayiş etdirmək, ayrı - ayrı mövzulara dair müvafiq üslublarda yaradıcı xarakterli yazılar yazmaq;

• ədəbi nümunələri mövzu, janr , problem baxımından müqayisə etmək, əsaslandırmış rəy bildirmək;

• görkəmli ədəbi şəxsiyyətlər, ədəbiyyat və mədəniyyət sahələri barədə məlumatlara malik olmaq.


Xarici dil fənni üzrə


• müxtəlif cümlə konstruksiyalarından istifadə etməklə fikirlərini izah etmək;

• oxunmuş mətnin planını tərtib etmək, qısa məzmununu yazmaq;

• sadə süjetli mətnlər qurmaq.


Riyaziyyat fənni üzrə


• riyazi kəmiyyətlər arasında asılılğı müəyyənləşdirmək;

• ölçmə və hesablama vasitələrindən istifadə etmək, yazılı və şifahi əməliyyatlar aparmaq;

• mühakimələrini riyazi faktlarla əsaslandırmaq və məntiqi nəticələri şərh etmək, isbat olunmuş təklifi ehtimal olunandan fərqləndirmək.


Azərbaycan tarixi fənni üzrə


• Azərbaycanın tarixi keçmişi və müasir dövrü haqqında zəruri biliyə malik olduğunu nümayiş etdirmək;

• tarixi hadsə və proseslərin mahiyyətini konkret dövrün xüsusiyyətləri baxımından izah etmək və ona münasibət bildirmək.


Ümumi tarix fənni üzrə


• müxtəlif tarixi hadisə və prosesləri təhlil etmək, onların arasındakı oxşarlıq və ziddiyyətlərin səbəblərini izah etmək;

• dünya tarixinin hadisə və proseslərini Azərbaycan tarixinin eyni dövrü ilə tarixi konteksdə müqayisə etmək ;

• tarixi proseslər və hadisələr arasında səbəb-nəticə əlaqələrini müəyyənləşdirmək;

• müasir dövrün proses və hadisələrini, qlobal problemlərini şərh etmək.


Fizika fənni üzrə


• fiziki qanunların mahiyyətini və xarakterik xüsusiyyətlərini izah etmək;

• fiziki hadisələrin müəyyən qanun və qanunauyğunluqlarla əlaqəsini və tətbiqi yollarını şərh etmək;

• nəzəri biliklərin həyatda tətbiqini nümayiş etdirmək.


Kimya fənni üzrə


• qeyri - üzvi və üzvi maddələri fərqləndirmək və onların xarakterik cəhətlərini izah etmək;

• kimyəvi hadisələri dərk edərək tətbiq etmək;

• kimyəvi qanun və qanunauyğunluqların mahiyyətini dərk etmək.


Biologiya fənni üzrə


• bioloji varlııqların yaranması və inlkişafı ilə bağlı canlı orqanizmlərdə gedən prosesləri dərk etmək;

• irsiyyətin qanunauyğunluqlarını başa düşmək, əsaslandırmaq;

• seleksiya ilə bağlı nailiyyətlərin ayrı-ayrı sahələrdə əhəmiyyətini və tətbiqi yollarını izah etmək.


Coğrafiya fənni üzrə


• coğrafi qanunauyğunluqları və onların qarşılıqlı əlaqəsini, ərtaf mühitə təsirinin nəticəsini izah etmək;

• təbii komplekslərin müqayisəli təhlilini aprmaq, onlarda baş verən dəyişikliklərin səbəblərini şərh etmək;

• müvafiq nəzəri biliklər əsasında hesablamalar aparmaq , plan və xəritələr, diaqramlar, sxem və cədvəllər üzrəində işləmək.


Bu zaman şagirdin müvafiq fəndən (fənlərdən) təqdim edilmiş suallara yazılı cavab verməsi tələb olunur. Tam orta təhsil səviyyəsini əvvəlki dərs illərində başa vuran, lakin buraxılış imtahanına buraxılmayan şəxslərin bilik və bacarıqları illik qiyməti qeyri-kafi olan fənn(fənlər) üzrə, buraxılış imtahanında qeyri-kafi qiymət alan şəxslərin bilik və bacarıqları, ana dili və riyaziyyat fənləri istisna olmaqla, imtahanda qeyri-kafi qiymət aldığı fənn (fənlər) üzrə, eksternat qaydasında bu il biliyin yekun qiymətləndirilməsində (attestasiyasında) iştirak etmək istəyən şəxslərin bilik və bacarıqları attestasiya aparılan bütün fənlər üzrə yoxlanılır.

Xüsusi komissiyanın şəxsin bu il biliyin yekun qiymətləndirilməsində (attestasiyasında) iştirak etməyə buraxılması haqqında qərarı (komissiyadan aldığı qiymətlər göstərilməklə) may ayının 25-dək TQDK-ya təqdim edilməlidir. Tam orta təhsil səviyyəsini əvvəlki dərs illərində başa vuran, lakin buraxılış imtahanında iştirak etməyən və ya buraxılış imtahanında yalnız ana dili və (və ya) riyaziyyat fənlərindən qeyri-kafi qiymət alan şəxslərin bilik və bacarıqları yoxlanmır. Onlar haqqında məlumat həmçinin may ayının 25-dək TQDK-ya təqdim edilməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə