Deyirlər, qazın artan qiyməti avropalıları “boğur”

Dünya pandemiyadan xilas olmaq üçün mübarizə apararkən, təbii qazın qiymətlərinin sürətlə artması Avropa ilə yanaşı digər ölkələrdə də iqtisadi dirçəlişi dayandırmaq təhlükəsi yaradır. Belə ki, qazın topdan satış qiymətləri son illərdə ən yüksək həddə çatıb, yəni 2019 -cu ilin eyni dövrü ilə müqayisədə təxminən 5 dəfə artıb.

Bildirək ki, ABŞ-ın “New York Times” nəşri yüksək xərclərin elektrik enerjisinin qiymətlərinə təsir etdiyini və istehlakçılara təzyiq göstərərək kommunal ödənişlərdə özünü göstərməyə başladığını qeyd edir.

Onu da qeyd edək ki, isti günlər hələ başa çatmayıb. Ona görə də, hələ ki, qaza olan tələbat bir az aşağıdır. Amma qış aylarında bunu belə qalmayacağı, yəni qaza tələbatın kəskin sıçrayışla artması perspektivləri narahatlıq yaradır.

Bildirək ki, qazın topdan satış qiyməti iki dəfədən çox artdığı üçün bu gün ispan ailələri bir il əvvəl elektrik enerjisinə görə ödədiklərindən təxminən 40 faizn dah çox ödəniş ödəyirlər. Təbii ki, bu da narazılıq yaratmaya bilməz. Reallıq göz önündədir, yəni Avropa əziyyət çəkir.

Bu gün təbii qaz qiymətlərində rekord göstərici İngiltərədə də sezilməkdədir. Məsələn, ölkənin enerji bazarı tənzimləyicisi “Ofgem” kommunal xidmətlərə yaşıl işıq yandıraraq milyonlarla ailə üçün standart nisbətdə ödəyən elektrik enerjisinin dəyərini təxminən 12 faiz artıraraq ildə 1,277 funt sterlinqə və ya 1,763 dollara çatdırıb.

Maraqlıdır ki, Avropada soyuq qış olacağı təqdirdə qiymətlər daha da yüksələ bilər ki, bu da bəzi fabrikləri müvəqqəti olaraq bağlanmasına gətirib çıxara bilər. Deyim ki, bu da real kimi görünür.

O da maraqlıdır ki, qiymət artımı, istehlakçıları qlobal əmtəə bazarlarından asılılıqdan xilas etmək üçün fosil yanacaqlardan, yəni külək və günəş enerjisi kimi təmiz daxili enerji mənbələrinə keçid prosesini sürətləndirmək çağırışlarına səbəb olmaqdadır.

Qeyd edək ki, bu gün ABŞ -da qaz qiymətləri də artıb, amma bu artım Avropadakı qaz qiymətlərinin yalnız dörddə birini təşkil edir.

Yeri gəlmişkən xatırladaq ki, bu gün Avropa qazın təxminən 60 faizini əsasən Rusiyadan və daha az dərəcədə Əlcəzair və Liviyadan boru kəmərləri ilə idxal edir. ABŞ, Qətər və digər ölkələrdən gəmilərlə gətirilən mayeləşdirilmiş təbii qaz isə daha çox bazarı tarazlaşdırmağa kömək edir.

Təbii ki, bu gün Avropada qazla bağlı yaranmış vəziyyətdən ilk olaraq, dediyimiz kimi, bu qitəyə ən böyük qaz tədarükçüləri olan Rusiya və Əlcəzair yararlandılar, yəni onlar qaz ixracatı qiymətini əhəmiyyətli dərəcədə artırıblar.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə