Lənkəran Teatrında “Köhnə ev”in premyerası olub FOTOLAR

Lənkəran Dövlət Dram Teatrında yazıçı-dramaturq Əli Əmirlinin "Köhnə ev" dramatik komediyasının premyerası olub. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, əməkdar artist Adil Zeynalovun quruluş verdiyi bu səhnə əsərində ata ilə övladın qarşılıqlı münasibətlərindən bəhs edilir.

Böyük maraqla izlənilən tamaşanın səhnə tərtibatı rəssam Məzaim Qurbanovun, musiqi tərtibatı Fərahim Fərəcovundur. Rolları teatrın aktyorları, xalq artisti Qabil Quliyev, Şahrud Mehdiyeva, Təranə Fərəcova, Günel Abbaszadə, Emil Rzayev, Səyad Əliyev və Aysel Babazadə ifa ediblər.

Qeyd edək ki, Lənkəran teatrı Əli Əmirlinin əsərlərinə artıq üçüncü dəfədir ki, müraciət edir. Bundan əvvəl teatrda dramaturqun "Varlı qadın" və "Onun iki qabırğası" əsərləri tamaşaya qoyulub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...