Şahzadənin sevgi məktubu 210 min dollara satıldı

İngiltərə Şahzadəsi II Elizabetin ailə həyatı qurmadan öncə yazdığı sevgi məktubu hərraca çıxarıldı. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, şahzadənin həyat yoldaşı Filippə ünvanladığı iki səhifəlik məktub hərracda 14 min 400 funt sterlinqə (təxminən, 210 min dollar) satılıb.

Elizabet hələ 21 yaşında ikən yazdığı məktubda Filipplə yeni başlayan münasibətlərini, gecə klubunda etdikləri rəqsi unutmadığını qələmə alıb.

Qeyd edək ki, məktubu hərraca vaxtilə, Filipplə Elizabetin evliliyi haqqında kitab yazan Betti Şyu təslim edib. Cütlük artıq 68 ildir ki, evlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə