İlisuda “Beynəlxalq abidələr və tarixi yerlər” günü qeyd olunub FOTOLAR

"Beynəlxalq abidələr və tarixi yerlər" günü münasibətilə, İlisu Dövlət tarix-mədəniyyət qoruğunda tədbirlər planı hazırlanıb. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, kənd daxilində yerləşən ölkə əhəmiyyətli tarix-mədəniyyət abidələri "Sumuq qala" və "Ulu məscid", yerli əhəmiyyətli "Bürc qala"da "Açıq qapı" günlərində gələcək qonaqları yüksək səviyyədə qarşılamaq üçün təmizlik və abadlıq işləri aparılıb, həmçinin, İlisu kənd orta məktəb şagirdlərinin yürüşü təşkil olunub və onlara ərazidə yerləşən tarix-mədəniyyət abidələri haqqında geniş məlumat verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə