Gürcüstanlı müğənni "Sarı gəlin"i ifa etdi

Gürcüstanlı müğənni və bəstəkar DATO Bakıda ilk dəfə solo konsert verib. SİA-nın məlumatına görə, Heydər Əliyev Sarayının və FUN-FUN qrupun təşkilatçılığı ilə reallaşan konsertdə müğənnini qızlardan ibarət "Show Fusion Ballet" rəqs qrupu müşayiət edib.

Konsert boyunca tamaşaçılarla ünsiyyətə önəm verən Dato səmimiyyəti ilə auditoriyanı ələ almağı bacarıb. Sevənlərinin istəyi ilə musiqilər ifa edən müğənni rus, türk, gürcü, ukrayna dilləri ilə yanaşı azərbaycan dilində də mahnı oxuyub. Qədim tarixi olan "Sarı gəlin"i gitarada səsləndirən Datonun bu çıxışı alqışlarla qarşılanıb. Rəqqasların çıxışını maraqla izləyən tamaşaçılar gecənin davamında onlara qoşularaq oturduqları yerdə rəqs ediblər.

Səhnədə quraşdırılan LED monitorlarda müğənninin konsertləri, klipləri ilə yanaşı musiqilərə uyğun müxtəlif effektləri özündə əks etdirən video görüntülər də nümayiş olunub.

Qeyd edək ki, konsertin sonunda Dato tamaşaçıların istəyi ilə yenidən səhnəyə qayıdaraq daha bir mahnı oxuyub.

Bütün xəbərlər Facebook səhifəmizdə