Son 50 ildə ABŞ-ın Orta Şərq siyasəti üç ölkə ilə çox yaxın əlaqələrinə söykəndi: İsrail, Səudiyyə Ərəbistanı və Pakistan. ABŞ 2011-ci ildə isə hər üç dövlət ilə fərqli yollardadır. Aktual regional siyasətləri ilə əlaqədar Böyük Britaniya, Fransa, Almaniya, Rusiya, Çin və Braziliya ilə də ABŞ-ın anlaşılmazlıqları hamıya məlumdur. Elə görünür ki, heç kimsə ABŞ ilə razılaşa bilmir, ya da onun liderliyini qəbul etmir.
"ABŞ İsraillə belə bir möhkəm ittifaqı necə yaratdı" sualına həmişə cavab axtarılıb. Məlumdur ki, istənilən ittifaqda maraqlar əsasən qarşılıqlı və bərabər şəkildə qorunur. Lakin uzunmüddətli ABŞ-İsrail əlaqələrinin daha çox İsrailin maraqları çərçivəsində qurulduğu görünür. İkitərəfli əlaqələr İsrailin şərtlərinə uyğun yaradılıb. İsrailə edilən maliyyə və hərbi yardımlar etibarlıdır və İsrail heç zaman Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasında ABŞ-ın vetosu ilə qarşılaşmadı. İndi olan şey budur: Həm israilli siyasətçilər, həm də ABŞ-ın yardım siyasəti sağa sürüşmüş kimi görünür. İsrail iki şeydə israr edir: Fələstin ilə danışıqların tamamilə təxirə salınması və bəzilərinin İranı bombalanacağına dair ümidlər. Obama başqa bir istiqamətdə, heç olmasa ABŞ-ın daxili siyasətinin ona icazə verdiyi ölçüdə irəliləyərdi. Təzyiq yüksəkdir, bir tərəfdən də Netenyahu 2012-ci il prezident seçkilərində Respublikaçıların qələbəsini arzulayır. ABŞ-dakı yəhudi lobbisinin prezident seçkisində oynadığı rolun nədən ibarət olduğu barədə danışmaq isə yersizdir. Yeni bir İsrail-ABŞ böhranı BMT-də Fələstini üzv bir dövlət olaraq tanınmasına ABŞ səs verməsindən sonra yarana bilər.
Səudiyyə Ərəbistanı kralı Abdul Əziz 1943-cü ildə ABŞ prezidenti Franklin Ruzvelt ilə görüşdükdən sonra iki ölkələr arasındakı əlaqələr yaxşıdır. Dünya səviyyəsində neft siyasətlərini öz aralarında idarə edə bilirdilər. Hərbi məsələlərdə əməkdaşlıq etdilər və ABŞ digər ərəb rejimlərini nəzarət altında saxlamaq üçün Səudiyyə Ərəbistanına güvəndi. Lakin bu gün Səudiyyə rejimi ərəb üsyanlarından qorxmuş vəziyyətdədir. Hüsnü Mübarəkin ordusu tərəfindən taxtından endirilməsinə ABŞ-ın razılıq verməsi və eyni şəkildə Bəhreynə Səudiyyənin hərbi müdaxiləsinə edilən tənqidlər Səudiyyə Ərəbistanı üçün son dərəcə kədərlidir. İki ölkənin prioritetləri indi olduqca fərqlidir.
"Soyuq müharibə" dövründə ABŞ Hindistanın keçmiş SSRİ-nin yanında olmasına görə, Pakistan rejiminə tam dəstək verirdi. Əfqanıstanda mücahidlərə kömək etmək və sovet ordusunun geri çəkilməsini məcbur etmək üçün birlikdə çalışdılar. Bir sözlə, "Əl-Qaidə"nin inkişafını sürətləndirmək üçün birlikdə çalışdılar. İki şey dəyişmiş vəziyyətdədir. "Soyuq müharibə"dən sonrakı dövrdə ABŞ Pakistanda qısqanclıq yaradacaq şəkildə Hindistanla daha isti əlaqələr qurmağa başladı. İndi ABŞ ilə Pakistan Əfqanıstanda və Pakistanda "Əl-Qaidə" və Talibanın hər zamankından daha böyük gücü ilə necə mübarizə aparacağı mövzusunda fərqli düşünür.
Sovetlər Birliyinin çöküşündən sonra ABŞ xarici siyasətinin prioritet məqsədlərindən biri Qərbi Avropa ölkələrini müstəqil siyasət aparmaqdan uzaq tutmaq oldu. Lakin bu gün üç təməl ölkə -Böyük Britaniya, Fransa və Almaniya bunu edir. Nə Corc Buşun sərt xətti, nə də Barak Obamanın daha yumşaq diplomatiyası bunun qarşısını ala bilməyib. Fransa və Böyük Britaniyanın Qəddafiyə qarşı müharibədə ABŞ-dan daha aktiv liderlik istəməsi də bu ölkələrin müstəqil siyasətinə sübutdur.
Rusiya, Çin və Braziliya ABŞ ilə əlaqələri təməlindəki kartlarını diqqətli bir şəkildə oynayırlar. Üçü də hal-hazırda ABŞ-ın hər mövzudakı mövqeyinə müxalif çıxır. Yolları tamamilə ayıra bilmirlər, həmin üç ölkədən ikisinin, Rusiya və Çinin BMT Təhlükəsizlik Şurasında veto hüququ var. Eyni zamanda açıq bir şəkildə də əməkdaşlıq edə bilmirlər. Nəticə olaraq ABŞ-ın daxili siyasəti dəyişib. ABŞ Liviya müharibəsinə girdiyində rəy sorğuları əhalinin yalnız 50 faizinin buna dəstək verdiyini göstərirdi. Hər iki partiyadan olan siyasətçilər Obamanı həm şahin, həm də göyərçin olmaqda ittiham edir. ABŞ-ın hər yerdə hər şeyə qarışması onu bütün müttəfiqlərin mənfi reaksiyaları ilə qarşılaşdıra bilər.
Məsələ bundadır ki, ABŞ özünü hər zaman "lazımlı dövlət" statusunda görür. Kimin hansı reaksiya verməsindən asılı olmayaraq, kimin düşmənçilik ruhuna sahib olmasına baxmayaraq ABŞ dünya səhnəsində hələ bir nəhəngdir. Lakin o hara və oraya necə gedəcəyini bilməyən kobud bir nəhəngdir. ABŞ-ın enişinin ölçüsü ən yaxın müttəfiqlərinin Vaşinqtonun həm istəklərinə qarşı gəlməyə, həm də bunu bu qədər açıqca söyləməyə hazır olmasındadır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB