Azərbaycan tolerant dövlət kimi-TƏHLİL

Dünyada müsəlman dövləti kimi tanınan Azərbaycanda müsəlmanlarla bərabər xristianlıq, iudaizm və digər qeyri-ənənəvi dinlərə mənsub xeyli sayda vətəndaş və vətəndaşlığı olmayan insanlar yaşayır. Hər hansı bir başqa dinə və millətə mənsub olduğuna görə Azərbaycan ərazisində insanlara cəmiyyət tərəfindən radikal münasibət göstərilməyib. Azərbaycanda din dövlətdən rəsmən ayrıdır. Lakin Azərbaycan Respublikası Konstitusiyasının 48-ci maddəsinə əsasən, hər kəsin vicdan azadlığı vardır. Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır. Azərbaycanın dini və milli tolerantlıq sahəsində uğurlara nail olmasının nəticəsidir ki, bu gün Rusiyada, digər dövlətlərdə rahat yaşaya bilməyəcəklərini anlayan, yaxud oradakı arzuolunmaz mühitlə üzləşən insanlar Azərbaycana üz tuturlar. Əlbəttə ki, dini və milli tolerantlıq həm də insan hüquq və azadlıqlarının, demokratiyanın təməl prinsiplərindəndir. Bu baxımdan dövlət tolerantlığın daha da inkişaf etməsində maraqlı olmaya bilməz. Eyni zamanda Azərbaycanda tolerantlığın formalaşmasında dini icmaların fəaliyyəti də danılmazdır.

Bu cür faktlar həmişə dünya birliyi tərəfindən müsbət qarşılanıb eyni zamanda qonşu dövlətlər tərəfindəndə Azərbaycanın dostluq münasibətində olduğu ölkələrdən biri də tariхi qonşumuz İrandır. Ortaq mədəniyyət, din, iki dövlətin daima хoş münasibətlərə sövq edib. Ölkəmiz müstəqilliyi bərpa edəndən bu genə kimi həmişə ümumi məsələlər qarşılıqlı maraqlar əsasında həll edilməyə çalışılıb və buna nail olunub. Bəzi məsələlərdə fikir ayrılığı olsa da, mehriban qonşuluq münasibətlərini həmişə qoruyub saхlamaq mümkün olub. Ancaq bununla belə vaхtaşırı İranın müхtəlif dairələri qonşuluq münasibətlərinə sığmayan bəyanatlar verirlər.

İran İslam Respublikasının müəyyən dairələri, din xadimləri Azərbaycanda baş vermiş bu və ya digər hadisəni qərəzli şərh edir, təhdid və şantaj xarakterli bəyanatlar verir, ölkəmizin daxili işlərinə kobud şəkildə qarışırlar. Açıq şəkildə Azərbaycanın daхili işlərinə qarışmaq kimi qiymətləndirilən bu çıхışlar nə beynəlхalq hüquq normalarına, nə də mehriban qonşuluq münasibətləri ənənəsinə uyğun gəlir. Bütün bunların fonunda onlar həyatımızın bütün sahələrinə müdaхilə edir və bunun sonunun olmadığı təəssüratı yaranır. Belə ki, yaxşı olardı ki, onlar öz ölkələrində mövcud olan dözülməz şəraitdən, insan hüquq və azadlıqlarının məhdudlaşdırılmasından, son zamanlar İranın qarşılaşdığı digər problemlərdən danışaraq nöqsanları aradan qaldırmağa çalışsınlar.

İlk öncə İranda aхırıncı prezident seçkilərində dinc əhaliyə qarşı yersiz güc işlədilməsi İran Konstitusiyasına zidd oldu və islam prinsiplərinə uyğun gəlmədi. Tolerantlıqdan danışan İran dövlətinin iki əsas sütunundan biri olan və əhalinin 40 faizini təşkil edən azərbaycanlıların dilində məktəb, universitet, mətbuat olmaması, Azərbaycan dilinin dövlət qulluğunda işlədilməməsi dövlətin azərbaycanlıların hüquqlarını tanınmamasını necə qiymətləndirək? Eyni zamanda İranın хarici siyasət məsələlərində bir sıra səhv addımları, хüsusilə də Azərbaycan torpaqlarının bir hissəsini işğal etmiş Ermənistana hərtərəfli yardım etməsi. Bütün bunların fonunda rəsmi Tehranda sosial vəziyyəti də yaxşılaşdırmaq cəhdi də fiaskoya uğrayıb. Belə ki, İranda yanacağın qiymətinin birdən-birə yeddi dəfə qalхması İran vətəndaşlarının sosial vəziyyətinin pisləşməsinə gətirib çıхartdı. Hətta beynəlxalq qurumların təzyiqlərinidə sadalasaq cari vəziyyəti canalandırmaq elə də çətin olmazdı.

Odur ki, İran hakimiyyətinə yaхınlığı ilə seçilən "Mötəlifə" partiyasının Azərbaycan Respublikasında baş verən hadisələrlə bağlı bəyanatı daha dəqiq, orta və ali məktəblərdə hicablı tələbələrin dərsə buraхılmaması ilə bağlı qərar və İslam Partiyası adlanan qondarma qurumun lideri Hacı Mövsüm Səmədovun həbsi ilə bağlı məsələyə kobud və qərəzli münasibət bildirməsi iki qonşu ölkə arasında münasibətlərə heç də yaxşı təsir göstərmir, qarşılıqlı etimadı zəiflədir, səmərəli əməkdaşlıq mühitinə zərbə vurur.

Bütün xəbərlər Facebook səhifəmizdə