Azərbaycan Cənubi və Mərkəzi Avropanın enerji təminatını həyata keçirən dövlətə çevrilir - ARAŞDIRMA

İtaliya ilə Azərbaycan arasında sıx dərin dostluq telləri, geniş əməkdaşlıq münasibətləri və strateji əhəmiyyət daşıyan möhkəm siyasi-iqtisadi tərəfdaşlıq mövcuddur. Respublikamızın dövlət müstəqilliyini bərpa etməsindən sonra Avropa ölkələri içərisində ən yüksək səviyyədə iqtisadi əməkdaşlığı və siyasi münasibətləri gücləndirən ilk dövlətlərdən biri məhz İtaliya olub. Rəsmi Roma ötən əsrin əvvəllərindən başlayaraq Azərbaycanla qarşılıqlı maraqlara söykənən birgə əlaqələrin qurulması üçün ciddi təşəbbüsləri ilə diqqəti cəlb edib. Birgə əməkdaşlığa dair mühüm razılaşmaların əldə olunması tərəflər arasında qarşılıqlı münasibətlərin güclənməsinə əlverişli zəmin yaradıb. "Əsrin müqaviləsi"nin imzalanması və Azərbaycanın neft ehtiyatlarının işlənməsində İtaliya şirkətlərinin təmsil olunması ölkələr arasında iqtisadi-siyasi əlaqələrin yeni mərhələdə inkişafına dərin əsaslar yaradıb. Enerji sahəsində əməkdaşlıqla yanaşı, siyasi, iqtisadi, sosial, humanitar, elmi-mədəni, təhsil, səhiyyə, turizm və digər bölmələrdə intensiv əlaqələrin inkişafı İtaliya- Azərbaycan münasibətlərində yeni dinamika yaradıb. Qeyd olunan sahələrdə əlaqələr hər il yüksəlməyə başlayıb. Bir neçə ilə əvvəl ölkələr arasında yaradılmış hökumətlərarası komissiyanın intensiv fəaliyyəti bu iki dövlətin siyasi-iqtisadi münasibətlərinə yeni dinamizm elementlərinin əlavə edilməsinə səbəb olub. Son illərdə möhkəm təməllər üzərində dərinləşən Azərbaycantaliya əlaqələri ikitərəfli münasibətlər çərçivəsindən kənara çıxaraq Avropa regionunu əhatə edən böyük əməkdaşlıq fazasına qədəm qoyub. Hər iki dövlət TransAvropa enerji şəbəkəsinin formalaşmasında həlledici rola malik olmaqla strateji əhəmiyyət kəsb etməyə başlayıb. Qeyd etdiyimiz kimi, İtaliya ilə Azərbaycan arasında iqtisadi münasibətlərin əsas prioriteti neft və qaz sahəsində əməkdaşlıqla bağlıdır. Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəql olunan neftin əsas alıcılarından biri İtaliyadır. Hazırda Avropa bazarlarına nəql olunan neft resurslarının böyük bir hissəsi məhz İtaliya limanları vasitəsilə Aİ ölkələrinə çatdırılır. Bu dövlət ölkəmizə məxsus neftin 40 faizini öz ərazisi ilə Avropaya tranzit edir. İtaliya Avropa İttifaqında yüksək nüfuza malik dövlət kimi regionda Azərbaycanla sıx enerji əməkdaşlığının möhkəmlənməsinə töhfə verməsi ilə diqqəti cəlb edir. Rəsmi Roma öz enerji siyasətini həyata keçirərkən Azərbaycanla uzunmüddətli və davamlı xarakterə malik strateji layihələri prioritet kimi qəbul edir. İtaliya respublikamızın regionda strateji mövqeyinin möhkəmlənməsi və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında aparıcı dövlətə çevrilməsini nəzərə alaraq təmasları daha da intensivləşdirmək niyyətindədir. Rəsmi Roma son illər regionda baş verən prosesləri nəzərə alaraq özünün enerji və karbohidrogen ehtiyatları ilə təmin olunmasında Azərbaycandan daha etibarlı tərəfdaş olmayacağını yaxşı anlayır. Eyni zamanda, İtaliya enerji siyasətini daha da dərinləşdirmək və respublikamızın perspektiv nəql imkanlarından yararlanmaq üçün yeni sazişlərin imzalanmasını təklif edir. Bu ölkə neftlə bərabər, qaz resurslarının da əsas alıcısı olmaq niyyətindədir. Xatırladaq ki, hələ 2007-ci ilin dekabr ayında Azərbaycanla İtaliya arasında qaz sektorunda əməkdaşlığa dair protokol imzalanıb. Hazırda yanacağın nəqli və trans-enerji şəbəkələri vasitəsilə Avropanın digər regionlarına çatdırılması məqsədilə yeni sazişin imzalanmasına ehtiyac var. Buna görə də, İtaliya qaz alqı-satqısına dair uzunmüddətli sazişin imzalanmasını təklif edir. İtaliyaahdəniz" yatağından hasil olunan yanacağın əsas alıcılarından biri olmaq istəyir. Bu ölkənin ən iri korporasiyalarından biri sayılan "Edison" şirkətiahdəniz II" layihəsi üzrə hasil olunacaq yanacağın Türkiyə-Yunanıstantaliya kəməri ilə nəqlini həyata keçirməkdə marağını gizlətmir. Ümumiyyətlə, İtaliya Azərbaycanın şaxələndirmə siyasətini dəstəkləyərək regionda iri yanacaq-kommunikasiya dəhlizlərinin yaradılmasında təşəbbüs göstərən əsas dövlətlərdən biridir. Rəsmi Roma Yunanıstan kimi Azərbaycan qazını birbaşa əldə etmək istəyir. Bu məqsədlə, Azərbaycan-Türkiyə-Yunanıstantaliya (ITGI) qaz kəmərinin çəkilməsi nəzərdə tutulur. "Şahdəniz II" çərçivəsində hasil olunacaq yanacaq həmin kəmər vasitəsilə hər 3 ölkə ilə yanaşı, Avropanın 10-a yaxın dövlətinə nəql olunacaq. Qeyd edək ki, artıq həmin marşrutun yaradılması ilə bağlı texniki-hüquqi-iqtisadi işlərə başlanılıb. 296 km-lik Türkiyə-Yunanıstan qaz kəmərinin çəkilişi tam başa çatdırılmaqdadır, bunun ardınca isə Yunanıstantaliya qaz şəbəkələrinin birləşdirilməsi həyata keçiriləcək. Bundan başqa, 2013-cü ilin sonunadək Adriatik dənizinin dibi ilə Yunanıstanla İtaliyanı birləşdirəcək daha bir kəmərin inşası planlaşdırılır ki, bu da Türkiyə-Yunanıstantaliya qaz kəmərinin davamı olacaq. Beləliklə, Azərbaycan-Türkiyə-Yunanıstantaliya dördtərəfli enerji əməkdaşlığı formatı daha geniş coğrafi miqyas alacaq. Azərbaycanın müəllifi olduğu Bakı-Tbilisirzurum kəmərinin coğrafiyası daha da genişlənəcək və Balkanlara qədər uzanan qaz xəttinin birləşdirilməsi nəticəsində Avropada ən nəhəng qaz şəbəkəsi yaranmış olacaq. Yanacağın Azərbaycandan Türkiyə və Yunanıstana, oradan isə İtaliyaya, Balkan yarımadasına və başqa Avropa ölkələrinə ixracı üçün regionda ən iri qaz marşrutu mövcud olacaq. Azərbaycanın yanacaq ehtiyatlarının Türkiyə və Yunanıstan vasitəsilə İtaliya limanlarına, oradan isə müxtəlif dövlətlərə daşınması hüquqi cəhətdən beynəlxalq status alacaq. Eyni zamanda, bu enerji sistemi şaxələnərək Mərkəzi Avropanın bir çox dövlətlərini əhatə edəcək. Yanacağın sözügedən qaz kəməri vasitəsilə Xəzər hövzəsindən, Orta Şərqdən və Mərkəzi Asiyadan Avropaya çatdırılması nəzərdə tutulur.

ITGI-Balkan qaz marşrutları sistemi ilə ildə 20 milyard kubmetrdən çox yanacaq nəqli nəzərdə tutulur. Azərbaycan təkcə "Şahdəniz" yatağından ildə 15 milyard kubmetr qaz ixrac edəcək. Digər yataqlardan, məsələn, "Bahar", "İnam", "Alov", "Ümid" kimi perspektiv yataqlardan çıxarılan qazın nəqli isə ölkəmizin ildə 20-30 milyard kubmetrdən çox yanacaq ixrac etməsinə imkan verəcək. Azərbaycan 2013-2017-ci illərdə Avropanın 10-a yaxın dövlətinə qaz ixrac edəcək. Gələcəkdə, həmçinin, Qazaxıstanın və Türkmənistanın da qaz resurslarının bu dəhlizlə nəqli mümkün sayılır. Xatırladaq ki, rəsmi Astana artıq həmin nəql sisteminə qoşulmağın əlverişli olmasını istisna etməyib.

Bu tendensiya İtaliya ilə Azərbaycan arasında iqtisadi təmasları dərinləşdirməklə yanaşı, məhz respublikamızın enerji strategiyası nəticəsində bu ölkənin da regionda tranzit dövlətə çevrilməsinə səbəb ola bilər. Yəni, İtaliya təkcə Azərbaycan qazının alıcısı deyil, həm də yanacağın digər Avropa dövlətlərinə ixracı üçün tranzit ölkə rolunu oynamış olacaq. Azərbaycan qazının Avstriya, Bolqarıstan, Macarıstana ixracı həm də bu ölkənin ərazisindəki marşrutlarla çatdırılacaq. Bu strateji addım, bundan başqa, respublikamızın Avropa regionunda çoxvektorlu enerji sistemləri yaratmaq gücünü ortaya qoymuş olur. Bakı-Tbilisirzurum qaz kəməri bu gün Avropanın bir çox dövlətlərini yanacaqla təmin edə biləcək ən rentabelli və geostrateji baxımdan cəlbedici tranzit dəhlizidir. Bu kəmər təkcə Azərbaycanın mövcud ehtiyatlarının nəqlinə imkan vermir, Mərkəzi Asiyanın qaz resurslarının ixracını həll etmək iqtidarındadır. Azərbaycanla İtaliya arasında iqtisadi əməkdaşlıq enerji resursları ilə kifayətlənmir. Hər iki tərəf neftdən kənar sahələrlə bağlı bir sıra layihələri müzakirə edib. İndiyədək keçirilən Azərbaycantaliya biznes-forumlarında müzakirə olunan əsas məsələlər neft və qaz sahəsində əməkdaşlıqdan başqa, qeyri-neft sektorunda əməkdaşlığı da nəzərdə tutur. İtaliya hökumətinin Azərbaycanla hazırda müzakirə etdiyi əsas elementlər ölkələr arasında

Bütün xəbərlər Facebook səhifəmizdə