Belarus Parlamentinin aşağı palatasına keçirilən seçkilər başa çatıb

“Belarus Parlamentinin aşağı palatasına keçirilən seçkilər bütün seçki dairələri üzrə başa çatıb. Qanunverici orqanın 110 deputatı seçilib”.

SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, bunu bazar günü Belarus Mərkəzi Seçki Komissiyasının (MSK) rəhbəri Lidia Yermoşina açıqlayıb.

Bildirilib ki, seçicilərin fəallığı 70,72 faiz olub.

Qeyd edək ki, Belarus MSK-da qeydə alınan 560 namizəddən 513-ü parlamentdəki yerlərə iddia edib. 6,8 milyondan çox seçici səs verib. Seçkini 1000-dən çox beynəlxalq müşahidəçi izləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə