“Belarus Parlamentinin aşağı palatasına keçirilən seçkilər bütün seçki dairələri üzrə başa çatıb. Qanunverici orqanın 110 deputatı seçilib”.
SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, bunu bazar günü Belarus Mərkəzi Seçki Komissiyasının (MSK) rəhbəri Lidia Yermoşina açıqlayıb.
Bildirilib ki, seçicilərin fəallığı 70,72 faiz olub.