Özbəkistanın Əfqanıstana elektrik enerjisi satmasına dair on illik müqavilə imzalanıb

Daşkənddə keçirilən Mərkəzi Asiya Energetika Forumu çərçivəsində Özbəkistanın Əfqanıstana elektrik enerjisi satmasına dair on illik müqavilə imzalanıb.

SİA xəbər verir ki, elektrik enerjisi qonşu ölkəyə tikilməkdə olan Surxan-Puli Xunri elektrik xətti ilə veriləcək. Özbəkistan bu layihəni cari ilin dekabrında başa çatdırmağı planlaşdırır. İlkin mərhələdə Əfqanıstana 4,2 milyard kilovat-saat elektrik enerjisi veriləcək. Sonra isə bu rəqəmin 6 milyard kilovat-saata çatdırılması nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə