Lionda partlayış törədən şəxs saxlanıldı

Fransa polisi ötən cümə günü Lion şəhərinin mərkəzində partlayış törətməkdə şübhəli bilinən şəxsi saxlayıb. SİA TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Kristof Kastaner məlumat verib.

“Lionda minalanmış çanta: şübhəli şəxslərdən biri saxlanılıb”, - deyə Kastaner özünün “Twitter” səhifəsində yazıb. O, həmçinin Lion polisinə və Paris prokurorluğunun terror əleyhinə bölməsinə birgə operativ fəaliyyətə görə minnətdarlığını ifadə edib.

Parlayışı törətməkdə şübhəli bilinən 24 yaşlı şəxs bu gün Lion şəhərində saxlanılıb.

Xatırladaq ki, mayın 24-də Lion şəhərində naməlum şəxsin Viktor Hüqo küçəsində yerləşən bulka dükanına qoyduğu minalanmış çantanın partladılması nəticəsində 13 nəfər yaralanmışdı. Partlayıcı qurğu məsafədən idarə olunan sistemlə təchiz edilmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə