Yaqland: "Rusiyanın AŞPA-ya dönmək fikri yoxdur"

"Rusiya gələn ilin yanvar ayından Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtmaq niyyətində deyil".

“Report” “İnterfax”a istinadən xəbər verir ki, bunu Avropa Şurasının baş katibi Turbyorn Yaqland deyib.

Onun sözlərinə görə, Rusiya illik üzvlük haqqını ödəməyəcək. Ötən gün “Kommersant” nəşri Rusiyanın Avropa Şurasına 2017-ci ilin iyun ayından üzvlük haqqı ödəmədiyinə görə qurumdan xaric edildiyini bildirmişdi. Hazırda AŞPA-nın büdcə kəsiri 18 milyon avrodur.

Bütün xəbərlər Facebook səhifəmizdə