Meksikada 62 nəfər öldürüldü

Meksikanın Quanaxuato Ştatında şiddət dalğası davam etməkdədir. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, hjəftənin birinci günündən bu günə qədər ştatın müxtəlif ərazilərində 62 nəfər qətlə yetirilib. Həftənin cümə günü ştat üçün ən dəhşətli günə çevrilib. Belə ki, həmin gün ştatın Salamanka şəhərində 11 nəfər küçədə öldürülüb və onların nəşi qara plastik paketlərə yığılıb. Həftənin çərşənbə və cümə axşamı günləri 10 nəfər öldürülüb. Ödürülənlərdən 5-i nahar yeməyi yeyərkən kafe sahibi ilə birgə vurulub, 4 ü isə gecə saatlarında güllələnib.

Qeyd edək ki, Meksikanın Quanaxuato Ştatında narkotik biznesi ilə məşğul olan bir neçə nəfər əraziyə sahib çıxmaqla bağlı mübahisə yaşayır. Qətli törədənlər qurbanların yanına yazdıqları yazı ilə narkotik mesajı göndərmiş olurlar.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə