"Turqut Ozal 1992-ci ildə İraqı işğal edəcəkdi"

İraq Kürd Muxtariyyətində 25 sentyabrda keçirilməsi nəzərdə tutulan müstəqillik referendumundan sonra Türkiyənin Mosul və Kərkükə ordu yeritməsi məsələsi gündəmə gəldi. Axar.az xəbər verir ki, hətta bununla bağlı dünən Türkiyədə Təhlükəsizlik Şurası iclasının yekun bəyanatında bu referendumun qəbuledilməz olduğu və rəsmi Ankaranın buna qarşı çıxacağı bildirildi.

Bu günlərdə isə “Hüriyyət”qəzetində Türkiyənin mərhum prezidenti Turqut Ozalla kürd lider Məsud Bərzani əlaqələri ilə bağlı yayımlanan məqalə böyük maraq doğurub:

Məqalə həmin dövrdə Türkiyə Böyük Millət Məclisinin (TBMM) spikeri olmuş Hüsaməttin Cindorukun dilindən qələmə alınıb:

“1991-ci ilin sonu – 1992-ci ilin əvvəlləri idi. Ozalla fövqəladə toplantı keçirmək üçün Çankaya Köşkünə gedəndə onu daim Şimali İraq məsələsi ilə bağlı düşünən görürdüm. İş otağına 3 televizor qoydurmuşdu. Əlindəki pultla telekanalları çevirirdi. Prezidentin otağında Türkiyə və İraqın geniş xəritəsi asılmışdı. Bir gün mənə Ozal bunları dedi: Silopidən İraq sərhədinə qədər 40 km-lik ərazidən hərbçilərimizi İraqa göndərə bilərik. Çox qısa zamanda Mosula çatıb, oradan da Kərkükə və Ərbilə keçə bilərik. Coğrafi şərtlər imkan versə, Bağdaddan Bəsrəyə qədər irəliləyə bilərik”.

Bütün xəbərlər Facebook səhifəmizdə