Rusiya ballistik raketi sınaqdan keçirib

Rusiya Raket Qoşunları RS-24 Yars tipli qitələrarası ballistik raketi uğurla sınaqdan keçirib. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Sınağın Arxangelsk vilayətindəki Plesetsk kosmik bazasından havaya buraxıldığı bildirilib. Kamaçatka yarımadasındakı Kura hərbi-təlim mərkəzində hədəflərin müvəffəqiyyətlə vurulduğu deyilib.

Sınaqda əsas məqsədin sözügedən silahların etibarlılığını müəyyən etmək olduğu vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə