Milli karateçimiz Fransa kubokunu qazanıb

Karate üzrə Azərbaycan milli komandasının üzvü İrina Zaretska çıxış etdiyi fransız klubunun heyətində növbəti dəfə ölkə kubokuna sahib olub. Karateçimiz komanda yarışlarında Fransa çempionu adını qazanıb. İ.Zaretska noyabrın sonu, dekabrın əvvəlində Madriddə “Karate1” Premyer Liqasının sonuncu mərhələsində digər idmançılarımızla birgə çıxış edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...