Petr Çex "Çelsi"nin idman direktoru olacaq

"Arsenal"ın qapıçısı Petr Çex mövsümün sonunda sabiq klubu "Çelsi"yə qayıdacaq. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Avropa Liqasının Bakıda keçiriləcək final oyunundan sonra karyerasını bitirəcəyini açıqlayan çexiyalı qolkiper "zadəganlar"ın idman direktoru olacaq. 2017-ci ilin noyabrında Maykl Emanolanın istefasından sonra London klubunda sözügedən vəzifə boş qalıb.

Qeyd edək ki, Çex 2004-2015-ci illərdə "Çelsi"nin formasını geyinib. 4 dəfə İngiltərə çempionu və ölkə kubokunun sahibi olan 37 yaşlı qapıçı 3 dəfə də Liqa kubokunu qazanıb. O, 2012-ci ildə Çempionlar Liqası, bir il sonra isə Avropa Liqasında qələbə sevinci yaşayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə