Keçmişin ulduz futbolçusu komandadan qovulub

İtaliyanın “Peruca” klubu baş məşqçisi Alessandro Nesta ilə yolları ayırıb.

SİA-nın məlumatına görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

İtaliya “B” Seriyasında çıxış edən Nestanın komandası yüksək liqaya çıxmaq üçün pley-off-da "Verona" ilə qarşılaşıb və ilk oyunda 1:4 hesabı ilə uduzub. İtaliya millisinin sabiq üzvü bu məğlubiyyətdən sonra istefaya göndərilib.

Qeyd edək ki, 43 yaşlı veteran müdafiəçi ötən ilin may ayından “Peruca”nı çalışdırırıdı. O, 1996-2006-cı illərdə İtaliya milli komandasının heyətində müdafiəçi kimi 78 matçda forma geyinib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...