"Ayaks"ın kapitanı "Barselona"ya doğru

"Ayaks"ın kapitanı Matteys de Liqt karyerasını "Barselona"da davam etdirmə hazırlaşır. Futbolçu ilə bir müddət əvvəl anlaşan kataloniyalılar "Ayaks"la da bu transferdə ortaq məxrəcə gəlib. Klublar arasındakı razılığa əsasən, "Barsa" 19 yaşlı oyunçunu 75 milyon avroya heyətinə qatacaq.

Qeyd edək ki, "Ayaks"ın yarımmüdafiəçisi Frenki de Yonqun yayda "Barselona"ya keçəcəyi dəqiqdi.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...