"Monako" "Çelsi"nin futbolçusu Sesk Fabregası transfer edib. Klubun saytında yer alan xəbərə görə, 31 yaşlı yarımmüdafiəçi ilə 2022-ci ilin iyununa kimi müqavilə imzalanıb. Britaniya mətbuatı bu transfer üçün "Monako"nun London təmsilçisinə 10 milyon avro təzminat ödəyəcəyini yazıb.

Qeyd edək ki, S.Fabregas 2014-cü ildə "Barselona"dan transfer olduu "Çelsi"də ümumilikdə 198 matçda 22 qol vurub, 57 qolun ötürməsini verib.

Bütün xəbərlər Facebook səhifəmizdə