Argentina Futbol Assosiasiyasının (AFA) rəhbərliyi yığma komandanın baş məşqçisi Xorxe Sampaoli ilə əməkdaşlığın vaxtından əvvəl dayandırılması barədə razılıq əldə edib.
SİA TASS-a istinadən xəbər verir ki, bu barədə "Ole" nəşri yazıb.
Bildirilir ki, AFA nümayəndələri Sampaolinin vəkili ilə danışıqlar aparıb və nəticədə müqavilənin pozulması barədə razılıq əldə olunub.
AFA-nin mütəxəssisə ödəyəcəyi dəbbə pulu isə 2 milyon dollar təşkil edəcək. Sampaolinin komandadan gedəcəyi tarix açıqlanmır.
Bütün xəbərlər Facebook səhifəmizdə