Baş məşqçi ilə müqaviləyə xitam verildi

15 İyul 2018 17:03 (UTC+04:00)
Argentina Futbol Assosiasiyasının (AFA) rəhbərliyi yığma komandanın baş məşqçisi Xorxe Sampaoli ilə əməkdaşlığın vaxtından əvvəl dayandırılması barədə razılıq əldə edib. SİA TASS-a istinadən xəbər verir ki, bu barədə "Ole" nəşri yazıb. Bildirilir ki, AFA nümayəndələri Sampaolinin vəkili ilə danışıqlar aparıb və nəticədə müqavilənin pozulması barədə razılıq əldə olunub. AFA-nin mütəxəssisə ödəyəcəyi dəbbə pulu isə 2 milyon dollar təşkil edəcək. Sampaolinin komandadan gedəcəyi tarix açıqlanmır.