Bu gün Ümumdünya Radio Günüdür

Bu gün Ümumdünya radio günüdür. SİA-nın xəbərinə görə, gənc bayram olan Ümumüdünya radio günü ilk dəfə 2012-ci ildə qeyd edilib. Lakin bu gününün fevralın 13-də qeyd edilməsi 2011-ci YUNESKO-nun Baş Konfransında qəbul edilib. Tarix təsadüfən seçilməyib. Belə ki, məhz bu tarixdə - 13 fevral 1946-cı ildə "Radio BMT" yayıma çıxıb.

Bayramın təsisçiləri deyirlər ki, radio sadəcə ünsiyyət vasitəsi olaraq hörmət qazanmamalı, eyni zamanda hər kəs arasında əməkdaşlığı gücləndirməyə xidmət edir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə