İki nəfər Sosial Sığınacağa aparılıb

Kəskin hava şəraiti ilə əlaqədar üz tutmağa ünvanı olmayan iki nəfər Dövlət Sosial Müdafiə Fondunun paytaxtın Sabunçu rayonunun Zabrat qəsəbəsində yerləşən Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacağına gətirilib. SİA xəbər verir ki, onlardan biri gecə saatlarında Nizami rayon polis şöbəsinin əməkdaşları, digəri isə yanvarın 17-də gündüz təcili tibbi yardım xidmətinin işçiləri tərəfindən həmin ünvana gətirilib.

Özünü Abdullayev Rasim kimi təqdim edən vətəndaşlardan birinin 61 yaşı var, üzərində şəxsiyyət vəsiqəsi yoxdur. Digər vətəndaş isə Goranboy rayonunun Qızılhacılı kəndində anadan olan 70 yaşlı Muxtarov Məmməd İbrahim oğludur. Sığınacaqda onlar isti yemək, isti su və yataqla təmin ediliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə