Özbəkistanın müdafiə naziri Hərbi Akademiyasında olub

Özbəkistan Respublikasının müdafiə naziri, general-mayor Abdusalom Azizovun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə rəsmi səfəri çərçivəsində Silahlı Qüvvələrin Hərbi Akademiyasında olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, qonaqlar akademiyada ulu öndər Heydər Əliyevin xatirəsinə yaradılmış guşə ilə tanış olub. Sonra hərbi təhsil sahəsində ikitərəfli əməkdaşlıq imkanları müzakirə edilib.

Nümayəndə heyəti Silahlı Qüvvələrin Hərbi Akademiyasının adyunktura və elm şöbəsi, kafedralar, tədris prosesi və elektron kitabxana ilə də tanış olub.

Bütün xəbərlər Facebook səhifəmizdə