Rəqsanə: "Dərmanlarla arıqlamışam" VİDEO+FOTOLAR

Müğənni Rəqsanə İsmayılova dərmanlarla artıq çəkidən xilas olduğunu etiraf edib. SİA-nın məlumatına görə, ifaçı bu haqda verilişlərin birində danışıb: "Bütün xanımlar soruşurlar ki, əməliyyat etmisən? Deyirlər ki, şəkildə bədənimi korreksiya edir, özümü kəsir, pomada vururam. Bunların heç birini bilmirəm. Mənə nəsə lazım olanda ya Aysuna, ya Yağmura göndərirəm ki, fotoşop edin.

Arıqlamaq üçün ciddi pəhriz saxlayıram: yemək yemirəm. Həm də dərman istifadə edirəm. Hər gün çay içir, pomidor-xiyar yeyirəm. Həfdədə bir dəfə ya xəngəl, ya badımcan-dolması yeyirəm. Hazırda 60 kiloqramam, 20 kiloqram arıqlamışam".

Rəqsanə yenidən ana olmaq istədiyini də söyləyib: "Belə sürətlə arıqladığımı görəndə, deyirəm 2019-cu ildə də uşaq dünyaya gətirim. Amma qeysəriyyə yolu ilə ana olduğum üçün bir az vaxt keçməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə