Coşqun Rəhimovun ölüm xəbəri yalan çıxdı VİDEO

Uzun müddətdir xərçəngdən əziyyət çəkən əməkdar artist Coşqun Rəhimovun ölüm xəbəri yayılıb. SİA-nın məlumatına görə, aktyorun qəfil halı pisləşdiyi, xəstəxanaya yerləşdirildiyi və orada dünyasını dəyişdiyi qeyd edilib.

C.Rəhimov haqqında yayılan şayiələrə son qoyub. O, səhhətinin yaxşı olduğunu və konsertə hazırlaşdığını bildirib: "Gördüyünüz kimi sağ və salamatam. Hər şey öz qaydasında, yolundadır. Növbəti konsertə hazırlaşıram. Yazılanlara uymayın. Bilmirəm bu nə bəladır. Sağlamlığımda hər şey yaxşıdır. Dualarınızı əskik etməyin. Sağlam günlərdə görüşək.

Tiflisdə növbəti konsertimizdir. Amma bu, elə bil ənənəyə çevrilib. Bizim hər konsertdən qabaq Coşqunla bağlı kimsə şayiələr yayır".

Bütün xəbərlər Facebook səhifəmizdə