Əməkdar artist Tünzalə Ağayeva "İnstagram" səhifəsində yeni fotolarını paylaşıb. SİA-nın məlumatına görə, ifaçı şəkillərdən birinə bu sözləri yazaraq, sosial şəbəkədə canlı yayım edən həmkarlarını qınayıb: "Bu gün sənətkarın adı onun keyfiyyətinin göstəricisidirsə, tamaşaçısının daim həm qəlbində, həm diqqətindədirsə, konsertləri satılırsa bu illərlə peşəsinə, sevəninə və özünə verdiyi dəyərin, zəhmətin, eşqlə etdiyi işlərin, fədakarlığının, musiqi mədəniyyətindəki dönməz əqidəsinin nəticəsidir. İnternetdən canlı yayım etməklə sənətə yiyələnmirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə