“Bakı Gözəli-2018” gözəllik yarışmasının qalibləri müəyyən olundu FOTOLAR

"Şou Prodakşn" tərəfindən təşkil olunan “Bakı Gözəli-2018” gözəllik yarışmasının final gecəsi baş tutub. Təşkilat komitəsindən SİA-ya verilən məlumata görə, final gecəsi olduqca gərgin keçib. Birinci yer üçün mübarizə aparan xanımlar arasında mübahisəli anlar yaşanıb. Ancaq sonda həm münsiflərin, həm də tədbirdə iştirak edən qonaqların verdiyi səslər finalçı xanımların özlərinin iştirakı ilə hesablanaraq anlaşılmamazlıqlara son qoyulub. Qalib gələn xanımları digər iştirakçı xanımlar təbrik ediblər. Finala on iki xanım vəsiqə qazanıb.

“Bakı Gözəli-2018″nin qaliblərinin diplomları, lentləri və tacları bu həftə keçiriləcək tədbirdə təqdim olunacaq və adlar açıqlanacaq.

Qeyd edək ki, “Bakı Gözəli-2018” gözəllik yarışmasının informasiya dəstəyi Səs İnformasiya Agentliyinə məxsusdur.

Bütün xəbərlər Facebook səhifəmizdə