"Xanım həmkarlarımın bəziləri başlarından böyük danışırlar" VİDEO

Müğənni Elçin Hüseynovun "Müğənni xanımla ailə qurmaram" açıqlaması şou-biznes camisindəki xanım ifaçıları arasında böyük söz-söhbətə səbəb olub. SİA-nın məlumatına görə, sənətçi verlişlərin birində bu haqda danışaraq, məsələyə aydınlıq gətirib: "Bunun açıqlamasını bir neçə yerdə vermək istəyirdim, amma üstünə getmək də istəmirdim. Xanım həmkarlarımızın bəziləri başlarından böyük danışdılar. Kimsə qalmaqal yaratmaq istədi. Amma mən 20-25 il ərzində heç vaxt kiməsə cavab verməmişəm. İlk dəfədir ki, aqresiv danışıram. Hər bir ailədə fərqli xarakter var. Bizim ailə çox qapalıdır. Xanım müğənni də iş adamıdır. Mənim çox xanım müğənni dostlarım var ki, evimə gəlib-gedirlər. Mən onu ona görə demişəm ki, elə xanım müğənni var gecə saat 1-də, 2-də, 3-də evə gəlir. Mən bunu bütün xanımlara aid etmirəm. Bizim ailədə elə xanımlar yoxdur. Sadəcə evdar xanımlara yer var”.

Bütün xəbərlər Facebook səhifəmizdə