Rəhim Rəhimli fərqli imicdə FOTOLAR

Bəstəkar-müğənni Rəhim Rəhimli yeni mahnısını təqdim edib. SİA-nın məlumatına görə, ifaçının yeni mahnısı "Can" adlanır. Mahnının sözləri Azər Şirinə, musiqisi isə ifaçının özünə aiddir.

"Can" adlı yeni mahnısı üçün Rəhim Rəhimli həmçinin fərqli üslubda fotosessiya edib.
Bu dəfə də səhnəmizin super ulduzu illərdir ən böyük layihələrdə əməkdaşlıq etdiyi komanda ilə bir araya gəlib. Belə ki, yeni obrazının ideya müəllifi rejissor Anar Hüseynov, stili Romaya, fotoların müəllifi isə Kamran Aydınovdur.

Rəhim Rəhimli yeni mahnısını ilk dəfə 19 noyabr "Metropark" ticarət mərkəzində baş tutan konsertində ifa edəcək. Müğənni tamaşaçıların qarşısına məhz sonuncu fotosessiya üçün hazırlanmış obrazda çıxacaq.

Konsertdə ifaçı eyni zamanda Ramil Nabran və Nağd Pulla birgə ifa etdikləri "Basdalama" hitlərini ifa edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə