"Xanımlar vs cənablar"ın ikinci günündə nələr yaşandı?

"Maşın" realiti-şousunun 15-ci sürəti olan "Xanımlar vs cənablar"ın ikinci günü baş tutub. SİA-nın məlumatına görə, yarışmanın qaydalarına əsasən sms səsverməsinə müğənni Nazim Pişiyari çıxsa da, onun qaydaları pozduğu müəyyənləşdirilib və "Maşın"dan kənarlaşdırılıb. Lakin yarışmanın aparıcısı Murad Dadaşov yenidən səsvermə keçirib. Nəticələrə əsasən sms səsverməsinə xalq artisti Arif Quliyev çıxıb. Məşhur aktyor 58, 64 faiz səslə yarışmada qalmağı bacarıb. Xalq artisti əvvəlcə hədəf kimi meyxanaçı Vüqar Əbdülovu seçsə də, sonradan fikrini dəyişib. O, göz yaşlarını saxlaya bilməyib və "Mən həmişə istəmişəm ki, hamının hər şeyi olsun, ondan sonra bir az da məndə olsun" deyərək Əbdülovun şouda qalması ilə bağlı qərar verib.

Onu da əlavə edək ki, A. Quliyev “qalib gəlsəm, özüm gedəcəyəm” demişdi. Lakin sonradan fikrini dəyişərək yarışmada qalmağı seçib.

loading...