Aygün Kazımova da onun geyimlərini geyinəcək FOTOLAR

Müasir Azərbaycan dəb sənayesinin ən məşhur siması Rüfət İsmayıl və onun yaratdığı "Afffair" brendidir. SİA-nın məlumatına görə, brend son bir neçə ildir dünyanın bir çox ölkələrində, o cümlədən, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, Türkiyə, Fransada təşkil olunan dəb həftələrinin ən mötəbər tədbirlərində Azərbaycanı təmsil edib.

"Afffair" brendinin uğurunun pik nöqtəsi Azərbaycanın birinci xanımı, vitse-prezident Mehriban Əliyevanın Bakıda təşkil olunan "İslam Oyunları 2017"nin açılış və bağlanış mərasimində məhz bu brendin eksklüziv geyimlərinə müraciət etməsi oldu. Bu haqda dünyanın ən nüfuzlu dərgiləri geniş məqalələr dərc edib.

Ötən həftə isə Rüfət İsmayıl İstanbulda təşkil olunan "Mercedes-Benz Fashion Week"də Azərbaycan geyimlərini təmsil edib.

Bununla yanaşı Rüfət İsmayıl ölkənin əsas şou biznes hadisəsinə çevrilən "Aygün Kazımova - 30 il" adlı konsertdə xalq artisti Aygün Kazımovanın səhnə geyimlərini hazırlayacaq. 22 sentyabr "Crystal Hall"da baş tutacaq konsertindən danışan şou biznesin divası qeyri-adi səhnə libaslarının olacağını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə