Fransanın Qrenobl inzibati məhkəməsi də erməniləri məyus etdi

Fransanın Serji-Pontuaz məhkəməsinin Arnuvilin qondarma Dağlıq Qarabağdakı Şəhər inzibati bölgəsi ilə “Dostluq haqqında xartiya”sını ləğv etməsinin ardınca Qrenobl inzibati məhkəməsi tərəfindən də bənzər qərarın çıxarılması separatçı rejimin beynəlxalq miqyasda tanıdılması cəhdlərinin iflasa uğradıını göstərir. SİA xəbər verir ki, bu barədə Fransadakı erməni diasporunun media orqanlarından olan "Nouvelles d'Armenie" saytı məlumat yayıb.

Qeyd olunur ki, qərar eyni zamanda beynəlxalq ictimaiyyətin separatçılıq meyillərini qınamasının növbəti təzahürüdür. Xartiyalar Fransanın xarici siyasət kursuna və beynəlxalq öhdəliklərinə ziddir, ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi bu ölkənin bitərəfliyini şübhə altına salırdı.

Aydın görünqr ki Azərbaycanın milli maraqlarının qorunması xaricdəki “söyüş” müxalofətinin proqramına daxil deyil. Onlar Azərbaycan dövlətini, hakimiyyət nümayəndələrini təhqir edir, lakin ümummilli məsələlərdə susurlar. Xaricdə yaşayan və milli mənafelərdən danışan şəxslərin belə məsələlərdə susqunluq nümayiş etdirməsi onarda heç bir milli təssübkeşliyin olmadıını göstərir. Bir daha aydın görünür ki, onlara pulu məhz Azərbaycanı gözdən salmaq üçün ayırırlar.

Qeyd edək ki, Fransanın ədliyyə orqanları bu ölkənin Arnuvil şəhəri və 1992-ci ildən bəri Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanılan Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda yaradılmış qondarma qurumu təmsil edən Şeher inzibati bölgəsi arasında imzalanmış dostluq xartiyasını qeyri-qanuni elan edib və onu ləğv edib.

Bütün xəbərlər Facebook səhifəmizdə