Rusiya xarici işlər naziri Sergey Lavrov Türkiyənin S-400 zenit-raket komplekslərini almaq istəyinə görə ABŞ-ın sanksiyaları ilə üzləşmək ehtimalını şantaj adlandırıb. SİA Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Lavrov canlı yayımda çıxışı zamanı deyib.

“Dövlət katibinin müavini Uess Mitçelin Ankaranın S-400 alacağı təqdirdə sanksiyalara məruz qalacağı ilə bağlı açıqlamasını şantaj hesab edirik. Bu ədalətsiz rəqabətin formalarından biridir”-deyə, o sözlərinə əlavə edib.

Aprelin 18-də Mitçel çıxışı zamanı Ankaranı taktiki maraqları naminə Moskvaya strateji güzəştlərə getməməyi məsləhət görmüşdü.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə