Şirvanda qadın meyiti tapılıb

Şirvan şəhərində qadın meyiti tapılıb. “Report”un Aran bürosu xəbər verir ki, meyit iyunun 25-də axşam saatlarında Kür çayının Çılpaqlı qəsəbəsi ərazisindən keçən hissəsində aşkarlanıb.

Araşdırmalar zamanı onun Şirvan şəhər sakini, 1994-cü il təvəllüdlü Fidan Məmmədağa qızı Bayramova olduğu məlum olub. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...