Qərbi Kaspi Universiteti Daşkənd Dövlət İqtisad Universiteti ilə əməkdaşlığa başlayır

Qərbi Kaspi Universitetinin nümayəndə heyəti Özbəkistanın Daşkənd Dövlət İqtisad Universitetində işgüzar səfərdə olub. Keçirilən görüşlərdə iki universitet arasında əməkdaşlıq əlaqələrinin perspektivləri nəzərdən keçirilib, birgə elmi tədqiqat imkanları, müəllim və tələbə mübadiləsi məsələləri müzakirə olunub.

Qərara alınıb ki, universitetlər arasında əlaqələr qısa zamanda müvafiq müqavilə ilə rəsmiləşdirilsin.

Bütün xəbərlər Facebook səhifəmizdə