DİM-də fənlər üzrə hazırlıq kursları keçirilib

Dövlət İmtahan Mərkəzində (DİM) ingilis dili, Azərbaycan dili, kimya, fizika, rus dili, biologiya, tarix, coğrafiya və riyaziyyat fənləri üzrə hazırlıq kurslarının növbəti dərsi keçirilib. DİM-dən SİA-ya bildirilib ki, kursda elektron qeydiyyatdan keçmiş ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər, magistrlər və sonuncu kurs bakalavrlar iştirak ediblər.

Dərsin mövzusu kurs iştirakçıları tərəfindən hazırlanmış ev tapşırıqlarının müzakirəsi olub. Moderatorlar kurs iştirakçılarının təqdimatları barədə fikir və təkliflərini bildiriblər. Müzakirələr zamanı iştirakçıları maraqlandıran suallar moderatorlar tərəfindən cavablandırılıb.

Kimya, biologiya, tarix, coğrafiya və riyaziyyat fənlərindən isə kalibrləmə prosesi keçirilib.

Növbəti dərslərdə müzakirələr davam etdiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...