Azərbaycanda işlək tələbə kredit sistemi təsis ediləcək

"Tələbə krediti məsələsi üzrə yaradılan İşçi qrup aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə birlikdə fasiləsiz iş aparır. Ümid edirəm ki, yekun layihə növbəti aylarda layihə müzakirəyə çıxarılacaq". SİA-nın xəbərinə görə, bunu təhsil naziri Ceyhun Bayramov bu gün keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, yeni layihə 2019-2020-ci tədris ilində Azərbaycanda işlək tələbə kredit sistemi təsis edilməsinə imkan verəcək.

Nazir deyib ki, Təhsil Nazirliyi bu sahəyə aidiyyəti olan qurumlarla birlikdə intensiv hazırlıq işləri görüb və işlər bu gün də davam etdirilir: "Bilirik ki, bu proses o qədər sadə deyil. Çünki tələbə kredit sistemi gələcəyə hədəflənməli, bu sahədə işlək sistem qurulmalı, hərtərəfli işlənmiş qanunvericilik bazası yaradılmalıdır. Biz başa düşürük ki, tələbə kreditləri adi kreditlərdən fərqli şəkildə verilməlidir. Həmin sistem qurulan zaman beynəlxalq təcrübəyə əsaslanılmalıdır. Bu işdə hər zaman dövlətin dəstəyi olmalıdır".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə