İcbari tibbi sığorta sistemində sahibkarların rolu müzakirə olunacaq

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin təşəbbüsü və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təşkilatçılığı ilə "İcbari tibbi sığorta sistemində sahibkarların (işəgötürənlərin) rolu: sığortalan və sığortala" mövzusunda 5 may tarixində dəyirmi masa keçiriləcək.

SİA Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının məlumatına istinadən xəbər verir ki, sosial layihə olaraq icbari tibbi sığorta əhaliyə etibarlı, keyfiyyətli, səmərəli tibbi xidmətlərin göstərilməsinə zəmanət verməklə səhiyyənin maliyyələşdirilməsini təkmilləşdirmək məqsədi daşıyır.
Dəyirmi masada "Azərbaycanda icbari tibbi sığortanın tətbiqi: 2020-ci ilə hazırlıq", "İcbari tibbi sığorta üzrə sığortalıların hüquq və vəzifələri", "Əhalinin sağlamlığının qorunmasında icbari tibbi sığortanın rolu" mövzularında müzakirələr aparılacaq.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...