Özbəkistan portalı Azərbaycanda həyata keçirilən aqrar islahatlar barədə yazır

Özbəkistanın "Review.uz" portalı "Azərbaycanda geniş aqrar islahatlar aparılır" sərlövhəli məqalə yayıb.

SİA-nın verdiyi məlumata görə, Məqalədə Azərbaycanda həyata keçirilən aqrar islahatlar, qəbul edilən dövlət proqramları, çayçılığın, çəltikçiliyin və sitrus meyvəçiliyinin inkişafı ilə bağlı görülən tədbirlər barədə ətraflı məlumat verilir.

Müəllif Azərbaycanda çayçılığın tarixi haqqında məlumatları oxucuların diqqətinə çatdırır. Azərbaycan çayının dünyanın bir çox ölkələrinə ixrac edildiyi bildirilir.

Yazıda çəltikçilik və sitrus meyvəçiliyinin tarixi haqqında da məlumat verilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...