Milli Arxiv İdarəsinin əməkdaşı beynəlxalq seminarda iştirak edib FOTOLAR

Moskva şəhərində Rusiya Federasiyası Federal Arxiv Agentliyi, Beynəlxalq Arxivlər Şurasının Avro-Asiya Regional Şöbəsi (EVRAZİKA) və Ümumrusiya Sənədşünaslıq və Arxiv işi üzrə Elmi-Tədqiqat İnstitutunun (ВНИИДАД) təşkilatçılığı ilə “Rəqəmsal dövrdə arxivlər: problemlər və perspektivlər” mövzusunda beynəlxalq seminar, “Rəqəmsal dövrdə sənədləşmə: rəqəmsal transformasiyada kargüzarlıq və arxiv işi” mövzusunda XXVI Beynəlxalq Konfrans keçirilib.

Milli Arxiv İdarəsindən SİA-ya bildirilib ki, elektron sənədlərin təhlükəsizliyi, elektron arxiv sistemlərinin qurulması, yüksək desentralizasiya şəraitində elektron sənədlərin uzunmüddətli saxlanılmasının təşkili və sisteminin tətbiqi, arxiv işinin normativ-metodiki bazası, formalaşma problemləri barədə müzakirələrin aparıldığı tədbirlərdə Azərbaycan ilə yanaşı, 17 ölkənin - Almaniya, Belarus, Qazaxıstan, Qırğızıstan, Çin, Moldova, Sloveniya, Tacikistan, Özbəkistan, Vyetnam və digər ölkələrin nümayəndələri iştirak edib.

Sözügedən tədbirlərdə Milli Arxiv İdarəsini qurumun İnformasiya Təminatı və Elektron xidmətlər mərkəzinin aparıcı məsləhətçisi Roza Əliyeva təmsil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə