“Luç” ədəbi-bədii birliyinin üzvləri ilə görüş olub

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Nizami rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində Azərbaycan Yazıçılar Birliyinin nəzdində fəaliyyət göstərən “Luç” ədəbi-yaradıcılıq birliyinin əməkdaşları ilə görüş keçirilib.

İdarədən SİA-ya bildirilib ki, görüşdə “Luç” ədəbi-yaradıcılıq birliyi haqqında ətraflı məlumat verilib. Bildirilib ki, rus dilində yazıb-yaradan gənc ədəbiyyat və incəsənətsevərlər bu birlikdə bir araya gələrək tədbir və müzakirələr aparırlar.

Sonra gənc yazar S.Sübhi, birliyin üzvü L.Məmmədova oxucuları öz şeirləri ilə tanış ediblər.

Tədbir zamanı birliyin üzvləri tamaşaçıların suallarını cavablandırıblar.

Sonda “Luç” ədəbi-yaradıcılıq birliyi əməkdaşları kitabxana rəhbərliyinə, tədbir iştirakçılarına öz təşəkkürlərini bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...