Pianoçuların IV Beynəlxalq Müsabiqəsi elan edir

Azərbaycan Bəstəkarlar İttifaqı Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası ilə birlikdə görkəmli bəstəkar, Əməkdar Incəsənət Xadimi, “Humay” Milli Mükafatı laureatı, professor Azər Dadaşov adına Pianoçuların IV Beynəlxalq Müsabiqəsi elan edir.

SİA-nın məlumatına görə, 21-25 aprel 2019-cü ilin tarixində Bakı şəhərində keçiriləcək müsabiqə 2 yaş qrupu üzrə (I qrup – 16 yaşa qədər, II qrup – 16 yaşdan yuxarı) və 3 mərhələdə aparılacaq.

Müsabiqədə iştirak etmək istəyənlər sənədlərini 01 aprel 2019-cu il tarixinədək Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasına təqdim etməlidirlər.

Müsabiqənin məqsəd və vəzifələri uşaq, yeniyetmə və gənclər arasında musiqi sənətinə həvəsin artırılması və musiqi zövqünün formalaşması, müasir Azərbaycan bəstəkarlarının uşaq və gənclər üçün yaratdıqları əsərlərin təbliği, fortepiano üzrə təhsil alan şagirdlərin və tələbələrin repertuarının yenilənməsidir.

Münsiflər heyəti Bəstəkarlar İttifaqının üzvləri olan tanınmış incəsənət xadimləri, Bakı Musiqi Akademiyasının professorlarından təşkil ediləcək.

Qaliblərə pul mükafatları, diplomlar, xüsusi mükafatlar təqdim olunur.

I yer – 1000 manat və I dərəcəli Diplom

II yer – 800 manat və II dərəcəli Diplom

III yer – 600 manat və III dərəcəli Diplom

Həvəsləndirici mükafat – 400 manat.

Müsabiqə ilə əlaqədar ətraflı məlumat əldə etmək üçün:

(012) 598 08 84- Azərbaycan Bəstəkarlar İttıfaqı

(012) 493 79 04- Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası

Bütün xəbərlər Facebook səhifəmizdə