Ruslarla daha heç bir danışıq olmayacaq!?.

Ukrayna prezidenti Vladimir Zelenski “CBS” telekanalına müsahibəsində “DXR”, “LPR”, eləcə də Xerson və Zaporojye vilayətlərində keçirilən referendumları “uydurma” adlandırıb. O səsvermənin nəticələri elan edildikdən sonra danışıqların "mümkünsüz" olacağını da istisna etməyib.

“Rusiya hökuməti referendumun başa çatdığını və nəticələrin açıqlanacağını rəsmən elan edə bilər”-deyən Zelenski, bunun, istənilən halda Putinlə hər hansı diplomatik danışıqları davam etdirməyi qeyri-mümkün edəcəyini bildirib.

Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin bunu çox yaxşı bilir və baş verənlər çox təhlükəli siqnaldır.

O, həmçinin ABŞ prezidenti Cozef Bayden administrasiyasını Rusiyanı terrorizmin himayədarı dövlət kimi tanımağa və Ukraynaya hərbi yardımı davam etdirməyə çağırıb. Zelenski onu da qeyd edib ki, hazırda Ukrayna qüvvələrinin artilleriya raket sistemləri (HIMARS), artilleriya və hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var.

Qeyd edək ki, o vaxt Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna ilə danışıqların Rusiya Federasiyasına xüsusi hərbi əməliyyat zamanı qarşıya qoyulan məqsədlərə nail olmağa imkan verəcəyini demişdi… lakin hələlik onlar üçün ilkin şərtlər yoxdur.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə