Ukrayna münaqişəsinə görə Latviyada məcburi hərbi xidmət bərpa edilə bilər.
SİA APA-ya istinadən xəbər verir ki, bunu ölkənin müdafiə naziri Artiks Pariks deyib.
Nazir bildirib ki, məcburi hərbi xidmət 2023-cü ildən bərpa ediləcək. Bununla paralel olaraq Rusiya sərhədinə yaxın Jekabpils şəhərində hərbi baza tikiləcək.
Qeyd edək ki, 2 milyon əhalisi olan Latviyada məcburi hərbi xidmət 2007-ci ildə ləğv edilib. Silahlı qüvvələr peşəkar hərbçilərdən və Milli Qvardiyadan ibarətdir. Həqiqi hərbi xidmətdə olan şəxslərin sayı 7500 nəfər, ölkədəki NATO əsgərlərinin sayı 1500 nəfərdir.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)

.jpg)

USD
EUR
GBP
RUB